• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 31.08.2018 13:10

Qadınların çantasına göz dikən soyğunçu yaxalandı

KepezTV Player

Paytaxtın Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə zərərçəkən Nəsimi Rayon Polis İdarəsinə məlumat verib. Qadın izahatında naməlum şəxsin içərisində mobil telefon və kosmetik əşyalar olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi dərhal cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Müqabil Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə istintaq-əməliyyat tədbirləri zamanı onun Abşeron rayonu ərazisində daha 4 qadının əl çantasını soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.Polis əməkdaşları Müqabil Əliyevin analoji cinayətlər törətdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi Rayon Polis İdarəsinə məlumat verə bilərlər.