• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 31.08.2018 13:06

Qızıl axtaranlar iş başında yaxalandılar

KepezTV Player

Şəkinin Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz qazıntı işləri aparmaq qərarına Bakı sakinləri Sahil Abuşov, Gündüz Əliyev, İran vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt sakini Namiq Şahmalıyev birgə gəliblər. Sahil Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. Mübariz Zeynalov da Novruz Mənəfovun vasitəsi ilə Qaxın Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb. Sahil Abuşov həmin əraziyə gələn traktor sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Qanunsuz qızıl axtaranlar elə qazıntı işləri gedərkən yaxalanıblar. Daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları dərhal əraziyə gedib. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.