• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2478
— 31.08.2018 12:45

28 yaşlı gənc bıçaqlandı

KepezTV Player

Bakının Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini, 28 yaşlı Şəhriyar Sadıqov yaşadığı binanın girişində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.