• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 31.08.2018 12:56

Yüksək sürət qəzaya səbəb oldu

KepezTV Player

 Bakıda yüksək sürətlə avtomobil idarə edən qadın yol qəzasına səbəb olub.Hadisə Nərimanov rayonu Əliövsət Abdurəhimov küçəsində qeydə alınıb. Hundai markalı avtomobilin xanım sürücüsü idarəetməni itirib. Bu zaman avtomobil sağ zolaqda öz yolu ilə hərəkət edən Daevo markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən Hundai bir neçə dəfə çevrilib. Daha sonra parkın daş arakəsmələrinə dəyərək dayanıb. Hundayın sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım avyomobili ilə xəstəxanaya aparılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.