• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 31.08.2018 12:41

Yaralını xəstəxanaya aparan maşın qəza törədib, iki nəfər ölüb

KepezTV Player

Salyan rayonunun Yenikənd kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. “VAZ-2107” markalı avtomobillə “Ford” markalı maşın toqquşub. Hadisə nəticəsində ““VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 34 yaşlı Samil Vəliyev ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 60 yaşlı İbad Şikarov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralanan şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.