• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 30.08.2018 16:30

Göygöldə ali məktəbə yüksək balla daxil olan məzunlarla görüş keçirilib

KepezTV Player

Bu il Göygöl rayonu üzrə 462 məzun ali məktəblərə sənəd verib. Onların da 270 nəfəri tələbə adını qazanıb. Qəbul olanlardan 210-u ali, 51-i orta ixtisas, 5 nəfər isə xüsusi təyinatlı təhsil müəssisələrini seçib. Göygöl Rayon İcra Hakimiyyətində ali məktəbə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Bildirilib ki, əvvəlki illərlə müqayisədə qəbul imtahanında yüksək bal toplayanların sayı artıb. Tələbə adını qazananlardan 17-si 600-dən, 33 nəfər isə 500-dən yuxarı bal toplayıb. Bu il Göygölllü məzunlar daha çox Gəncə Dövlət və Azərbaycan Dövlət Aqrar universitetlərində təhsil almağa üstünlük veriblər. Görüşdə 600-dən yüksək bal toplayan 17 məzuna qiymətli hədiyyələr təqdim olunub.

Arifə Rəsulova  tələbə:Göygöl rayon Texniki Təbiət Təmayüllü Liseyin məzunuyam. 601 balla Azərbaycan Dillər Univesrtetinin İngilis dili müəllimliyi fakultəsinə daxil olmuşam. Bu fakultəni seçməkdə məqsədim gələcək nəslin inkişafı üçün müəyən bir rolumun olmasıdır. Seçdiyimin peşə məsuliyyətli bir peşədir. Mən bu məsuliyyəti öz üzərimə götürürəm və layiqincə yerinə yetirməyə söz verirəm.

Xəyyam Hüseynov tələbə:616 balla Azərbaycan Tibb Universtetiinin hərbi-həkim ixtisasına qəbul olmuşam. Gələcəkdə məqsədimiz dövlətimizə layiqincə xidmət etməkdir. Ən əsasıda vətənimizin keşiyində dayanan hərbiçilərimizə layiqincə xidmət etməkdir.