KepezTV Player
Yay tətili olmasına baxmayaraq, Gəncədə cüdo bölmələrinə maraq artıb. Belə məşq qruplarından biri də Samir İsmayılovun başçılıq etdiyi 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində fəaliyyət göstərir. 2 ilə yaxındır yaranan bölmədə 40 yeniyetmə bu idmanla məşğul olur, onlardan da 6-sı yenidir. İsmayılovun yetirmələrinin ən böyüyünün 15, ən kiçiyinin 7 yaşı var. Yeniyetmə tatami ustaları səhər və axşam olmaqla həftənin 3 günü məşqlərdə iştirak edirlər. Yeni yaranmasına baxmayaraq, bölmədə respublika yarışlarının və şəhər birinciliklərinin qalib və mükafatçıları var.
Orxan Cəfərzadə
- Baxış: 597