• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 30.08.2018 16:17

Smartfonların uşaqlara hansı zərərləri var?

KepezTV Player

 İndi əksər valideynlər uşaqlarına oynamaq üçün öz telefonlarını verirlər. Bəzən fəxrlə də deyirlər ki, uşaq smartfondan elə yaxşı baş çıxarır ki... Bu nə dərəcədə düzgündür? Uşağın telefonla sərbəst davranışı həqiqətənmi onun intellektinin inkişafının göstəricisidir?

Uşağınız telefonla, planşetlə özü sərbəst davrana bilirmi? Nə edir? siz öyrətmisiz, yoxsa özü öyrənib?

Sizcə uşağın bu texnologiyadan belə baş çıxarması yaxşıdır? Bu nəyi göstərir?

Bəli, hər yaş dövrünün öz xüsusiyyətləri, öz tələbləri var. Uşaqlar tədricən inkişaf etməlidirlər. Onların məşğuliyyətləri, oyunları da sadədən mürəkkəbə doğru dəyişməlidir. Kompüter, planşet, telefondan onsuz da qaçmaq mümkün olmayacaq. Bütün uşaqlar böyüdükcə bu texnologiyalar onların da həyatının ayrılmaz hissəsinə çevriləcək. Amma balaca ikən qoy onların oyuncaqları olsun.