• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 30.08.2018 16:08

Samuxda əlil qadınların problemlərindən danışılıb

KepezTV Player

"Əlilliyi olan qadınlara yönəlmiş ayrıseçkiliyə qarşı ictimai fəallığının artırılması" layihəsi çərçivəsində Samux rayonunda görüş keçirilib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Əlil Qadınlar Cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi fiziki məhdudiyyətli qadınların problemlərini qabartmaq, onların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına yardım göstərməkdir. Tədbirdə vurğulanıb ki, hazırda Samuxda 800-dən artıq əlil qadın var və onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə QHT-lər birgə çalışırlar. Bu sahədə maarifləndirmə işləri aparılır, fiziki məhdudiyyətli insanlara dəstək kampaniyaları həyata keçirilir. Görüşdə samuxlu əlil qadınların problemləri və təklifləri də dinlənilib.

Məhluqə Rəhimova Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin prezidenti: Qərb bölgəsində aparıdığımız araşdırmalardan məlum olur ki, mərkəzdən fəqrli olaraq burada əlilliyi olan insanların xüsusəndə qız və qadınların problemləri daha çoxdur. Belə ki, onlar cəmiyyətə çıxa bilmirlər, utanırlar. Buda ailədə yaranır cəmiyyətdə yaranmır. Biz buna qarşı mübarizə aparırıq. Gədər ailədə bu tip insanlar hərtərəfli hazırlanaraq cəmiyyətə çıxarılırsa  əlillərimiz bu qədər çətinliyə məruz qalmaz. Bu gün əlillərlə bağlı dövlətin gözəl sosial layihələri və proqramları var.