• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 30.08.2018 14:54

Zəncirvari qəza oldu, yaralılar var

KepezTV Player

Tovuzda zəncirvari yol qəzası baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. "Mercedes", "Fiat" və "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar. yaralılar - Gədəbəy rayon sakini, 58 yaşlı Nəzakət Köçərli və Tovuz sakini, 42 yaşlı Elnur Məmmədov agır vəziyyətdə Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.