• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 30.08.2018 14:40

Şəmkir sakini qonşusunun mağazasına qənim kəsilib

KepezTV Player

Avqustun 20-si saat 05:00 radələrində Şəmkir rayonu Kür qəsəbə sakini Xəyal Məmmədova məxsus mağazada oğurluq hadisəsi baş verib.  Cinayətdən səhər saatlarında xəbər tutan zərərçəkən Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə ərizə ilə müraciət edib. Dərhal hərəkətə keçən əməliyyatçılar qarətçinin o qədər də uzaqda yaşamadığını müəyyən ediblər.

Yunis Quliyev müstəntiq: Şəmkir rayon polis şöbəsi və Kür polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-si Kür qəsəbə sakini Xəyal Məmmədova məxsus mağazada baş verən oğurluq cinayətinin 1990  ci ildə anadan olmuş Kür qəsəbə sakini Mamedov Məmməd Dəmir oğlu tərəfindən törədilməsi müəyən edilib.

Şöbəyə dəvət olunan 28 yaşlı Məmməd Mamedov əməlini səmimi etiraf edib. O mağazadan oğurladığı əşyalardan birini - müşahidə kamerasının yaddaş qurğusunu istintaqa təqdim edib. Saxlanılan şəxs hadisəni spirtli içkinin təsiri altında törətdiyini və əməlindən peşman olduğunu dilə gətirib.

Məmməd Mamedov saxlanılan şəxs: Çayçıdan çıxıb evə gedirdim. Evə gləndə gördüm Xəyal mağzanı bağlayıb gedir. Keçdim arxada gözlədim. Özümdə içkili idim. O bir qədər uzaqlaşdıqdan sonra arxadan mağazaya daxil oldum.

Məmməd Mamedovun əməlinə istintaqın yekununda hüquqi qiymət veriləcək. Hazırda onun digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.