• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 29.08.2018 14:58

Göygöldə “Qan ver, yaşat” adlı aksiya keçirilib

KepezTV Player

Mərkəzi Rayon Xəstəxanasında baş tutan qanvermə aksiyasında idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər. Donorlara 10 nəfərdən ibarət tibb işçisi xidmət göstərib. Səhhətində heç bir problem olmayan şəxslərin hər birindən 150-200 qram qan götürülüb. Səhər saatlarından başlayan aksiyada 300-ə yaxın vətəndaş iştirak edib.

Eldar Muradov - Göygöl Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini: Könüllü olaraq götürülən qan Respublika qan bankına təhvil veriləcəkdir. O da Respublikada olan talasemiyyalı xəstələrə nəzərdə tutulub. Hazırda proses fəal şəkildə gedir. Biz çox sevinirik ki, bu humanist bir addımdır.

Kəmalə Qəmbərova - aksiya iştirakçısı: Təşkil olunan aksiyada könüllü olaraq iştirak edirəm. Çox sevinirəm ki, bu aksiyanın iştirakçılarından biri də mənəm. Ümid edirəm ki, mənim qanım ən azından bir xəstəyə şəfa verəcək onun yardımçısı olacaq.

 

Elnur Vahidoğlu