• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 29.08.2018 14:49

Gəncədə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları reyd keçiriblər

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları traf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti dəfə reyd keçiriblər. Daxil olan məlumat əsasında aparılan yoxlamalar zamanı sakini Samir Hacıyev tərəfindən Nizami rayonu ərazisində aparılan tikinti-abadlaşdırma işləri zamaniridiametrli 5 Eldar şamının zədələndiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ətraf mühütə ziyan vuran daha bir şəxs isə Goranboy rayonunda aşkar edilib.

Reyhan İsgəndərova - 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqşünası: Bələdiyyəyə məxsus ərazidə, taxıl biçinindən sonra ərazi yandırılmış, nəticədə 18 ədəd yandırılaraq məhv olunmuşdur. Nazirlər kabinetinin 421 saylı qərarına əsasən ağacların məhv olması nəticəsində təbiyyətə dəyən ziyan hesablanaraq 8700 manat təşkil etmişdir. Lakin hadisəni törədən şəxsin kimliyi mümkün olmamışdır. Buna görə Goranboy rayon polis şöbəsinə tərəfimizdəm məktub ünvanlnaraq şəxsin kimliyinin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün tədbir görülmüşdür. 

 

Elton Cabbarlı