• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2325
— 29.08.2018 14:39

“Kəpəz” ikinci görüşündə də uduzdu

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci turun oyunları keçirilib. “Kəpəz” səfərdə MOİK-lə üz-üzə gəlib. İlk görüşdə doğma meydanda “Qarabağ”ın əvəzedicilərinə böyük hesabla uduzan gəncəlilər Bakıdan xalla dönməyi qarşıya məqsəd qoysalar, bunu bacarmayıblar. Qərb klubu hərbçilərlə qarşılaşmada minimal hesabla yenilib. Meydan sahiblərinin yeganə qoluna 80-ci dəqiqədə Mübarək Şaquliyev imza atıb. “Kəpəz” növbəti tur sentyabrın 14-də evdə “Neftçi”nin əvəzedicilərdən ibarət heyəti ilə qarşılaşacaq.

 

Orxan Cəfərzadə