• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 29.08.2018 13:18

Siqaret keçirmək cəhdi baş tutmadı

KepezTV Player

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda qoltuqaltının altında 2000 ədəd siqaret və mobil telefon üçün 4 ədəd yükləyici, 4 ədəd qulaqlıq, 20 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.