• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 29.08.2018 13:39

Gəncə və Masallıda mərmi tapılıb

KepezTV Player

mərmi tapılıb.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub. Masallı rayonu, Hişkədərə kəndi ərazisində, göl kənarında da 1 ədəd 76 mm-lik top mərmisi (OF-350A) aşkar olunub. Mərmilər zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.