• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 29.08.2018 13:22

Mikroavtobus minik maşını ilə toqquşdu, yaralılar var

KepezTV Player

Qax şəhər sakini, 37 yaşlı Fərhad Bilalovun idarə etdiyi 90-MG-934 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Bakı şəhər sakini , 31 yaşlı Tural Ağayevin idarə etdiyi 99-DC-875 dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı minik avtomobili ilə toqquşub. Mikroavtobusda olan sərnişinlər, Bakı şəhər sakini 42 yaşlı Vəfa Əfəndiyeva, Qax rayon Ləkit kənd sakini 25 yaşlı Beycət Yusifli, Bakı şəhər sakini 57 yaşlı Şəfiqə Cəfərova, İmişli rayon sakini 26 yaşlı Vəfa Ağayeva və onun bacısı 18 yaşlı Jalə Ağayeva Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ümumilikdə 2 uşaq olmaqla 7 nəfər Oğuz MRX-yə gətirilib. Qəza nəticəsində Tural Ağayev və mikroavtobusun sərnişinləri, Qax rayon sakinləri 42 yaşlı Nəcabət Yusifova və onun oğlu, 15 yaşlı Elman Yusifov aldıqları ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstələrə ilkin yardım olunaraq xəstəxanalara çatdırmaq üçün 103 və113 xidmətinin 3 təcili yardım maşını cəlb olunub. Oğuz MRX-yə aparılan Jalə Ağayeva da Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.