• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1671
— 28.08.2018 15:15

Linzalardan düzgün istifadə etməmək hansı problemə yol aça bilər?

KepezTV Player

Müasir dövrdə eynəkləri optik linzalarla əvəzləmək mümkündür və çoxları elə belə də edir. Amma linzalar yalnız optik olmur. Bəziləri gözlərinin rəngini dəyişmək, daha cazibədar görünmək üçün də linza taxır. Bəs bu linzaların gözümüzə təsiri barədə nə bilirik? Araşdıraq.

Araşdırmalara görə linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirənlərin sayı kifayət qədər çoxdur. Əlbəttə ki, bu, daha çox keyfiyyətsiz, saxta linzalardan istifadə nəticəsində baş verir. Linza və ya eynək seçimi zamanı son dərəcə ehtiyatlı olmaq lazımdır ki, işıqlı dünya gözümüzdə qaralmasın.