• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1479
— 28.08.2018 15:42

Göygölün məktəblərinə yeni kitablar verilib

KepezTV Player

Göygöl rayonunun 50 orta məktəbinin kitabxanalarına Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 182 adda 46 min 779 ədəd yeni kitab verilib. Bundan əlavə, müəllimlər üçün 81 adda 2010 vəsait də təhsil müəssisələrinə çatdırılıb.  Hazırda kitabxanalarda yeni dərs vəsaitlərinin seçilərək çeşidlənməsi və möhürlənməsi prosesi gedir. Sabahdan orta məktəblərdə vəsaitlərin müəllim və şagirdlərə verilməsinə başlanılacaq. Proses sentyabrın 5-də tam yekunlaşacaq.

Söhrab İsayev TN-in 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Göygöl rayonu üzrə aparıcı məsləhətçisi: Bütün ehtiyaclar araşdırılmış bizim məktəblərdə çatışmayan dərs vəsaitləri yoxdur. Əgər olarsa 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin anbarına ehtiyat kitab verilmişdi. Hər hansı dərs vəsaiti çatışmazsa ehtiyat fonddan dərs vəsaitləri ödəniləcəkdir. Valideynlərə müraciət etmək istəyirəm ki, məktəb kitabxanalarına bütün dərs vəsaitləri verilib. Yaxınlaşsınlar kitabxanalardan uşaqları üçün lazım olan kitabları götürsünlər. Əgər kitab çatışmazlığı olarsa onu vaxtında bildirsinlər biz də onu aradan qaldıraq.