• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 28.08.2018 15:38

Göygölün kəndlərində elektrik təsərrüfatı yenilənir

KepezTV Player

Göygölün 1341 abonenti olan Üçtəpə kəndinin elektrik təsərrüfatının yenilənməsi yekunlaşmaq üzrədir. Mövsümdən asılı olmayaraq sakinlərin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün Göygöl Elektrik Şəbəkəsi kənddə 7 yeni transformator məntəqəsi quraşdırıb. İstifadəyə yararsız 800-dən artıq dirək dəyişdirilib, 2500 metrə yaxın elektrik naqili sip kabellərlə əvəz olunub. Mexaniki sayğaclar yeni smart tipli sayğaclarla dəyişdirilir. İlin sonuna kimi rayonun Çaylı, Pənahlı və Dozular kəndinin elektrik təsərrüfatının yenilənməsi də nəzərdə tutulur.