• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1624
— 28.08.2018 13:54

Oğru satıcılara ülgüclə xəsarət yetirdi

KepezTV Player

Hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. Marketə alıcı kimi daxil olan orta yaşlı kişi oradan yağ oğurlamaq fikrinə düşüb. Bunu görən satıcılar onu saxlayıb polisə zəng ediblər. Bu zaman müştəri yağın pulunu ödəyəcəyini deyərək əlini cibinə atıb, lakin cibindən pul əvəzinə ülğüc çıxarıb. O, satıcılar - 21 yaşlı Bayram Daşdəmirov və 29 yaşlı İlkin Yusifova xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Üz və qol nahiyyələrindən yaralanan satıcılar 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblr. Onlara dərhal tibbi yardım göstərilib. Hadisə yerində Sabunçu rayon polis idarəsi 14-cü polsi bölməsinin əməkdaşları olublar. Zərərçəkənlərin izahatları alınıb, marketdə olan nəzarət kameralarına baxış keçirilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər. Faktla əlaqədar cinayət işi başlanılıb.