• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 28.08.2018 13:45

Nəzarət tədbirləri davam etdirilir

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtoxuliqanlara, yol hərəkəti qaydalarını pozanlara, eləcə də nəqliyyat vasitəsini sərxoş halda idarə edən sürücülərə qarşı mübarizəni daha da gücləndiriblər. Reyd zamanı sükan arxasında sənədsiz əyləşən, avtomobilin konstruksiyasına dəyişiklik edən, sərnişindaşıma qaydalarına əməl  etməyən, eləcə də digər qayda pozuntularına yol verən sürücülərlə marifləndirici söhbətlər aparılıb, qanunun tələbləri ətraflı izah edilib.

Dağ rayonu olan Daşkəsəndə də baş verə biləcək qəzaların qarşısının alınması üçün  yol polisi əməkdaşları sürücüləri marifləndirməyə çalışırlar. Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda təşkil olunan yoxlamalar zamanı sükan sahiblərinə qanunun tələbləri izah olunub. Yay mövsümündə hərəkətin intensivliyi müşahidə olunan yolda avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, ən əsası sükan arxasında sənədsiz əyləşən sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Yol polisi əməkdaşlarının maarifləndirici reydləri qarşıdakı günlərdə digər şəhər və rayonlarda da davam etdiriləcək.