• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 28.08.2018 13:37

Ağır qəzada bir nəfər öldü, iki nəfər yaralandı

KepezTV Player

İsmayıllıda ölümlə nəticələnən qəza baş verib. Hadisə İsmayıllı-Qaraməryəm yolunun rayonun Ruşan   kəndi ərazisindən keçən hissəsində baş verib. Kənd sakini İslam Şirinovun sükanı arxasında olduğu "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yolun sol tərəfində dayanan, 50 yaşlı Tahir Məmmədova məxsus QAZ 53 markalı yük avtomobilinə çırpılıb. Zərbənin gücündən "VAZ 2107" iki hissəyə bölünüb. Sürücü aldığı çoxsaylı xəsarətlər nəticəsində elə hadisə yerindəcə keçinib.Avtomobildə olan 2 sərnişin - Nazxanım Məmmədova və Elvira Məmmədova isə ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.