• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 27.08.2018 14:03

“Turan Tovuz” ilk turu qələbə ilə başa vurub

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda ilk tura yekun vurulub. "Turan Tovuz" evdə "Ağsu"nu qəbul edib. Qonaqlardan Məhərrəm Həsənovun öz qapısına vurduğu qolla meydan sahibləri fasiləyə 1:0 öndə yollanıblar. 81-ci dəqiqədə tovuzlular İlkin Sadıqovun qolu sayəsində hesab arasındakı fərqi ikiyə yüksəldiblər. Gəlmələrin gücü isə yalnız təsəlli qoluna çatıb. 88-ci dəqiqədə Yunis Muxtarlı fərqlənsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Beləliklə qərb klubu doğma azarkeşləri qarşısında mövsümün açılış oyununda 2:1 hesabıyla qalib gəlib. Tovuzlular növbəti tur səfərdə “Qarabağ”ın əvəzedicilərindən ibarət heyət ilə qarşılaşacaqlar.

 

Orxan Cəfərzadə