• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2438
— 27.08.2018 14:27

"Gələcəyə Körpü" Gənclər İB-nin təşkilatçılığı ilə “Hacıkənd Yay Düşərgəsi - 2018" təşkil edilib

KepezTV Player

Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncə - Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunan region gənclərinin “Hacıkənd Yay Düşərgəsi - 2018" təşkil edilib. Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin əsas məqsədi Qərb bölgəsində düşərgə ənənəsini yaratmaqla, Gəncənin 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilməsini ölkə səviyyəsində təbliğ etmək, bununla bərabər gənclərin asudə vaxtlarının və yay istirahətlərinin daha səmərəli təşkilinə kömək göstərməkdir. Layihədə 14-29 yaş arası 80-ə yaxın gənc və 15 təşkilatçı iştirak edir. 5 gün davam edəcək düşərgə şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsi, YAP Gəncə şəhər Təşkilatı, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İB və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi ilə reallaşır. 

 

Fidan Muradlı