• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 27.08.2018 14:08

Gəncədə Olimpiadada yüksək nəticə göstərən şagirdlərdən ibarət siniflər yaradılır

KepezTV Player

Təhsil nazirinin əmri ilə yeni tədris ilində Gəncədə ilk dəfə olaraq riyaziyyat və təbiət fənləri üzrə fənn Olimpiadalarında yüksək nəticə göstərən şagirdlərdən ibarət siniflər yaradılır. Məhəmməd Füzuli adına şəhər 22 nömrəli orta məktəbdə təşkil edilən siniflərdə təhsil alacaq şagirdlərin valideynləri ilə görüş keçirilib. Qruplar Azərbaycan bölməsinin məktəbliləri üçün nəzərdə tutulub və 2-si riyaziyyat, 2-i isə təbiət fənləri üzrə olacaq. Hər sinifdə 25 şagird təhsil alacaq, onlara diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən pedaqoqlar dərs deyəcək.

Söhrab Hacıyev - Gəncə Şəhər Metodik Mərkəzinin direktoru: Əsas məqsəd istedadı ilə seçilən şagirdləri həmin siniflərə cəlb etmək və daha da onların biliyini təkimləşdirmək, istedadlarını, bacarıqlarını artırmaqdır. Onların bir başa fənn olimpiadalarına, beynəlxalq olimpiadalara çıxışını əldə etməkdir.

Dilarə Məhərrəmova - vaildeyn: Riyaziyyat fənni üzrə müsabiqədə nəvəm yüksək bal topladığına görə yeni açılan sinifdə oxumağına razıyam. Çox da məmnunam.

Nərmin Məhərrəmova - şagird: 22 nömrəli məktəbdə açılan istedadlar sinfində oxumaq istəyirəm. Qeydiyyatdan keçdim.

 

Elnur Vahidoğlu