• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 27.08.2018 14:22

İnam Kərimov Şəmkirdə qəbul keçirib

KepezTV Player

Kənd təsərrüfatı naziri İnam Kərimov Şəmkirdə bölgə vətəndaşları ilə görüş keçirib. Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy sakinləri, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər müraciətlərini səsləndiriblər. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda 50-dən çox vətəndaş dinlənilib. Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və s.-lə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Natiq Hüseyn