• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 27.08.2018 14:39

Kənd Təsərrüfatı Nazirliyi Samuxda üzümçülər üçün təlim keçirib

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ölkədə üzümçülüklə məşğul olan fermerlər üçün becərmədə innovativ üsullardan istifadə ilə bağlı Samuxda təlim keçirib. Dünya Bankı ilə birgə həyata keçirilən layihənin əsas məqsədi kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsidir. Təlimdə respublikanın müxtəlif regionlarından iştirak edən  80-ə yaxın üzümçü və kənd təsərrüfatı mütəxəsislərinə dünyada, üzümçülüyün inkişafı və məhsuldarlığı üçün tətbiq  olunan yeniliklərdən  ətraflı məlumat verilib.

Ruhan Əsədov – fermer: Belə tədbirlərin olması bizim üçün çox önəmlidir. Burada biz yeni texnalogiyalardan istifadəni öyrənirik, və bu texnalogiyalardan təsərrüfatımızda istifadə etməklə gələcəkdə daha çox məhsul əldə etməyə nail olmaqdır.

Anar Əzimov - Kənd Təsərrüfatı Nazirliyinin Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru: Tədbirin bugünkü məqsədi ondan ibarətdi ki, nümayiş sahələrində əldə olunmuş təcrübələri, naliyyətləri digər regionılardakı üzümçülərə yaymaqdır. Və əldə olunan müsbət nəticələri və yaxudda əldə olunan neqativ nəticələri qarşısının alınması məqsədi ilə digər istehsalçılarla təcrübə mübadiləsi aparmaq və yaxşı nümunələrin yayılmasıdır.

 

Elton Cabbarlı