• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 27.08.2018 14:37

Şəmkirdə bölgə mexanizatorları üçün səyyar xidmət göstərilib

KepezTV Player

Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən yaradılan “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, dövlət qeydiyyatından yayınmış texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini davam etdirir. “Səyyar Xidmət” tərəfindən  ötən müddət ərzində respublikanın 20-a yaxın şəhər rayonunda 6000-dən artıq artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 120 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 300-dən artıq nəqliyyat vasitəsi texniki baxışdan keçirilib,110 nəfərdən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib. Növbəti belə səyyar xidmət Şəmkir rayonunda təşkil olunub. Bu rayonla yanaşı,Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının mexanizatorları Baş Dövlət Texniki Nəzarət Xidməti səyyar fəaliyyətindən yaralanıblar. Tədbir zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 106 nəfər mexanizatorun sürücülük vəsiqəsi yenisi ilə əvəz olunub. 2 nəfərin texnikası dövlət qeydiyyatına alınıb, daha 2 nəfərin texnikası isə texniki baxışa təqdim edilib. Bir qayda olaraq “Səyyar Xidmət” respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyətcilərinə yerində qanuna müvafiq xidmətlərini davam etdirəcək.

Azər Qarayev - Baş Dövlət Texniki Nəzarət Xidmətinin sektor müdiri: Səyyar Xidmət qrupu 2016 cı ildən bu yana xidmət göstərir. Tam şəkildə əminliklə deyə bilərəm ki artıq bizi respublikanın rayonlarında bir səyyar qrupu olaraq tanıyırlar. Bu gün bizdə elektron növbə sistemi yaradılıb. Gördüyünüz kimi elektron növbə siteminə yaxınlaşmaqla növbə götürülür və kimin növbə çatırsa xidmətlərdən yararlnırlar. Qanunçuluğa əsasən 30 dəqiqə müddətinə bu sürücülük vəsiqəsi verildiyi halda biz onu 3 dəqiqə müddətinə dəyişə bilirik. Yəni buna fiziki imkanımız var.

Namizəd Quliyev – mexanizator: Mən Göygöl rayonundan sürücülük vəsiqəmi dəyişməyə gəlmişəm. Əvvəllər çətinlik çəkirdik. İndi asan yolla aldıq. Özümdə kənd təsərrüfatı ilə məşğul oluram.

 

Natiq Hüseyn