• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 27.08.2018 13:13

Mübahisə etdiyi şəxsi bıçaqlayıb qaçdı

KepezTV Player

Bakının Nərimanov rayonunda, Keşlə qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib. 35 yaşlı Hacı Cavadov evinə gedən zaman naməlum şəxs onun qarşısını kəsərək mübahisə etməyə başlayıb. Daha sonra isə üzərində olan bıçaqla Cavadova zərbələr endirib və ərazidən uzaqlaşıb. Ətrafdakı insanlar təcili tibbi yardım çağırıblar. Hacı Cavadov xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirirlər.