• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 27.08.2018 13:17

Cinayətkar dəstə yaxalandı

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil edən, hədə-qorxu yolu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasim Neymətovdan Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığından o pulu ödəyə bilməmiş, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək özünü oldürmə həddinə çatdırmışlar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib. Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır. Faktla bağlı Mərifət Quliyev və Anar Mövlanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat—axtarış tədbirləri davam etdirilir.