• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 27.08.2018 13:09

İki avtomobil toqquşdu, sürücülər yaralandı

KepezTV Player

Abşeronda xəsarətlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Qəza Novxanı-Masazır yolunda olub. Masazır qəsəbəsi istiqamətində hərəkətdə olan BMW markalı avtomobil qarşıdan gələn Mercedeslə toqquşub. Toqquşma zamanı avtomobillər yararsız hala düşüb. Hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə yaralılar xəstəxanaya aparılıb. Şahidlərin sözlərinə görə, qəzaya BMW - nin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.