• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 27.08.2018 13:35

Qaydalara əməl etməyən sürücülər cəzalanıb

KepezTV Player

Yollarda təhülkəsizliyin təmin olunması, eləcədə yol hərəkəti haqqında qanun tələblərini kobud şəkildə pozaraq qəza şəraiti yaradan sürücüləri məsliyyətə cəlb etmək məqəsilə Gəncə şəhər Dövlət Yoil Polisi Şöbəsini əməkdaşları şəhərin bir neçə küçə və prospektində reydlər keçirib.Reyd zamanı sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, nəqliyyat vasitəsinin konstruksiyasına müxtəlif dəyişiklik edən, sərxoş halda sükan arxasında əyləşərtək özünün və başqalarının həyatını təhlükəyə atan, təhlükəszilik kəmərindən istifadə etmədən avtomobili idarə edən sürücülər aşkar olunaraq inzibati qaydada barələrində tədbir görülüb. Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq əmrinə əsasən aparılan reydlər bir neçə gün davam etdiriləcəkdir.

Vasif Rüstəmov - Gəncə şəhər Dövlət Yoil Polisi Şöbəsinin inspektoru: Gəncə şəhər ərazisində baş verəbiləcək ağır yol nəqaliyyat hadisələrini qarşısını almaq məqsədilə, yol hərəkəti iştiakçılarına qarşı əməkdaşlarımız tərəfindən reydlər təşkil olunub. Reyd zamanı təxminən 100-ə yaxın avtomobil saxlanılıb, qayda pozanlar barəsində inzibati tədbirlər görülüb.