• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 693
— 24.08.2018 16:33

“Kəpəz” çempionatın ilk turunda uduzdu

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda yeni mövsümə start verilib. Açılış turunun maraqla gözlənilən oyunlarından birində “Kəpəz” doğma publika önündə “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasıyla qarşılaşıb. 3 ildən sonra yenidən aşağı dəstədə çıxış edən gəncəlilər ilk tur yerli azarkeşlər qarşısında sərfəli nəticə qazanmaq arzusunda olsalar da, bunu bacarmayıblar. Görüşdə yenilənmiş heyətlə meydana çıxan qərb klubu 4 cavabsız qolla ağdamlılara məğlub olub. Növbəti tur “Kəpəz” səfərdə MOİK-lə üz-üzə gələcək.

Orxan Cəfərzadə