• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 24.08.2018 15:39

Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil almaq istəyənlərin sayı artıb

KepezTV Player

Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil almaq istəyənlərin sayı artıb. Yeni tədris ili üçün  mərkəzin dərnəklərinə 700-ə yaxın müraciət qeydə alınıb ki, bu da ötən illə müqayisədə 400 nəfər çoxdur. Mərkəzə Gəncə ilə yanaşı, ətraf rayonlardan 5-16 yaş arası şagirdlər müraciət edirlər. Ən çox rəqs, bacarıqlı əllər, rəsm və həyati bacarıqlar dərnəklərinə müraciət olunur. Qəbul üçün doğum haqqında şəhadətnamə, 1 ədəd şəkil, şagirdin yaşadığı yerdən və oxuduğu məktəbdən arayış tələb olunur. Qeydiyyat prosesi sentyabırın 15-dək davam edəcək. Şagirdlərə şənbə və bazar günləri də daxil olmaqla,hər gün məşğələlər keçilir.  Hazırda mərkəzdə 5 şöbədə 26 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 78 pedaqoji işçi çalışır.

Sevinc Ələkbərova Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Bizdə yeni dərnəklər fəaliyyətə başladı. Burada da uşaqların həmin dərnəklər cəlb olunması, həmin dərnəklərdə fəliyyət göstərməsi üçün hər bir şərait yaradıldı. Bir-iki proqramımız var ki, onları yeni tədris ilimizdə reallaşdırmaq istəyirik. Rəsm dərnəyimizdə yeniliklər gözlənilir.