• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 24.08.2018 13:55

Qəzalar xəsarətlə nəticələndi

KepezTV Player

Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə Mercedes və "VAZ-21-099" markalı maşın toqquşub. Yol qəzası zamanı dörd nəfər müxtəlif bədən xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar Bərdə rayon sakinləri, "VAZ" markalı avtomobilin sürücüsü Orxan Süleymanov və sərnişin 23 yaşlı Nərgiz Məmmədova və digər avtomobillərin sürücüləri, Elman Cəfərov, Akif Məmmədovdur.Yaralı qadının bədənində və ayağında sınıq və əzik xəsarətləri olduğu üçün xəstəxananın Travmatologiya Şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. Digər yaralılar isə ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində də qəza olub. Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobillə başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan, 30 yaşlı Xaliq Rüstəmov, 51 yaşlı Cabir Səfərov və 33 yaşlı Müseyib Zamanov travmatologiya şöbəsinə yerləşdirilib. Bir nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Daha bir qəza Şamaxı rayonunun Pirqulu yolunda qeydə alınıb. Rayon sakini, 53 yaşlı Arif Zərbəliyev "KİA" markalı minik maşını ilə Şamaxı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun sərnişini, 35 yaşlı Samirə Manafova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal əraziyə çağrılmış təcili yardım briqadası tərəfindən Şamaxı rayon Mərəzi xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib. Sürücü xəstəxanada həkim müayinəsindən keçirilib və onun içkili olduğu məlum olub.Fatlarla bağlı araşdırmalar aparılır.