• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 24.08.2018 13:45

14 yaşlı oğlan suda boğuldu

KepezTV Player

Zaqatalada bədbəxt hadisə yaşanıb. 14 yaşlı oğlan boğularaq ölüb. Hadisə rayonun  Aşağı Tala kəndi ərazisində baş verib. Köçkün Qəsəbə sakini Rəvan İsmayılov iki nəfər tanışı ilə birlikdə çimmək məqsədi ilə icazəsiz olaraq  gül plantasiyalarının suvarılması üçün nəzərdə tutulan kiçik su anbarına giriblər. Ancaq yeniyetmə suya girən kimi boğulub. Digər iki nəfər onun ailəsinə xəbər verib. Hadisə yerinə dərhal FHN-nin və RPŞ-nin əməkdaşları cəlb olunub. Qısa müddət ərzində polis əməkdaşı tərəfindən hovuzdan çıxarılan Rəvan İsmayılov aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.