• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 23.08.2018 14:49

Gəncədə piyadalara qarşı reyd keçirilib

KepezTV Player

Respublika Baş DYP İdarəsinin tabeli qurumları yollarda təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reydlərə başlayıb. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da şəhərin küçə və prospektlərində piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı nəzarət tədbirləri həyata keçiriblər. Yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Onlara yolun piyadalar üçün təyin olunmayan yerlərindən keçilməsinin törədə biləcəyi təhlükələr izah olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, piyada keçidlərindən istifadə etməyənlər 20 manat məbləğində cərimə olunurlar.

Vasif Rüstəmov - Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin inspektoru: Son vaxtlar Gəncə şəhər inzibati ərazisində yol hərəkəti iştairakçıları ilə aparılmış proflaktik tədbirlərə baxmayaraq ağır yol nəqliyyat hadisələri baş verir. Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göstəriş verilib ki, xidmət zamanı daha çox yol nəqliyyat hadisələrinin baş vermməsinə səbəb olan sürücü və piyadalara qaşır cidd tədbirlər görüləcəkdir.