• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 23.08.2018 14:33

Qərb bölgəsində ilk dəfə əlilliyi olan şəxslərlə sağlam insanlar birgə peşə kurslarına cəlb olunacaq

KepezTV Player

Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsi qərb bölgəsində bir ilkə imza atır. Fiziki məhdudiyyətli və sağlam insanlar birlikdə müxtəlif peşə hazırlığı kurslarına cəlb olunacaqlar. Artıq sənəd qəbuluna başlanılıb. Oktyabrın 1-dən etibarən iştirakçılara 10-a yaxın peşənin sirləri öyrədiləcək. Kursa qəbul üçün yaş məhdudiyyəti yoxdur. Təlimlərdə iştirak edənlərə sertifkat və diplomlar veriləcək. Bu, artıq 16 ildir ki, fəaliyyət göstərən Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin təhsillə bağlı 17-ci layihəsidir. Ümumilikdə isə indiyə kimi 42 layihə uğurla həyata keçirilib.

Elmira İsmayılova - Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin sədri: Möhtərəm prezidentimiz də əlilliyi olan insanların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə inkuliziv təhsil haqqında da 2017-ci il dekabr ayında qanun təstiqlənmişdi. Biz onu eyni zamanda rəhbər tutaraq Əmək və Əhalinin Sosial Nazirliyi tərəfindən əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə cəmiyyətdə birgə təhsil almaların, birgə inkişaf eləmələri üçün kurslar təşkil edirik. Əlilliyi olmayanlar üçün ödənişlidir. Onun hesabına da əlilliyi olanlar üçün xidmətlər pulsuz olacaq.

 

Elnur Vahidoğlu