• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 23.08.2018 14:30

Qurban bayramı günlərində Gəncə TTTYS-a edilən müraciətlər çoxalıb

KepezTV Player

Qurban bayramı günlərində Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı adi günlərə nisbətən artıb. Stansiyadan verilən məlumata görə, digər günlər də şəhər üzrə 230-240 çağırış olurdusa, bayram günlərində gündəlik çagırışlar 250-260 arası olub.. Müraciətlər əsasən ürək-damar xəstəlikləri və qan təzyiqi ilə bağlı olub. Gücləndirilmiş iş rejimində çalışan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının mərkəzlə bərabər 4 filialı fəaliyyət göstərir.

Reyman Əsgərov - Gəncə şəhər TTYS- nin həkimi - Qeyri iş günü olmasına baxmayaraq biz TTYS-nın həkimləri, tibb işçiləri gücləndirilmiş iş rejimində işliyirik. Sanitar maşınların sayı artırılıb. Əlavə maşınlar cəlb olunub. Gücləndirilən iş rejimi olaraq həkimlərin və tibb işçilərinində sayı artırılıb. əgər kimsə xəstələnərsə, narahat olarsa biz dərhal həmin şəxsə canla-başla kömək göstərməyə hazırıq.