• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 23.08.2018 13:28

Evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Şabranda evlərdən oğurluq edən şəxs saxlanılıb. Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov yaxalanıb. Poliş Şöbəsində dindirilmə zamanı Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib. Sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq mənzillərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.