• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 23.08.2018 13:06

Ticarət mərkəzindən 13 min manat oğurlayan dəstə tutulub

KepezTV Player

Bakıda külli miqdarda pul oğurlayan dəstə tutulub. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12 900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıb. Araşdırmalarla Tərlan Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.