• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 23.08.2018 12:56

Qiymətdə razılaşmayan alıcı satıcını bıçaqladı

KepezTV Player

Mingəçevir mərkəzi bazarında 32 yaşlı satıcı bıçaqlanıb. Bazara gələn Yevlax sakini Nemət Kərimov satılan xiyarın qiyməti ilə razılaşmayaraq satıcı Samir Musayevlə mübahisə edib. Daha sonra isə ona bıçaqla zərbə endirib. Sol döş nahiyəsindən yaralanan şəxs Mingəçevir mərkəzi şəhər xəstəxanasına çatdırılıb. Zərərçəkən əməliyyat edilərək, güclü qanaxmanın qarşısı alınıb.  Vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törədən şəxsi isə polis saxlayıb. Faktla bağlı araşdırma aparılır.