• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1279
— 22.08.2018 17:04

“Kəpəz” “Qarabağ”la görüşəcək

KepezTV Player

Sabah futbol üzrə Azərbaycan 1-ci Divizionunda ilk tura start veriləcək. 3 il aradan sonra yenidən aşağı dəstədə çıxış edəcək “Kəpəz” açılış turu doğma meydanda “Qarabağ”ın əvəzedici heyəti ilə qarşılaşacaq. Ağdamlılarla oyuna hazırlığın əsas hissəsini Şəmkirdə keçən gəncəlilər ilk görüşdə yaxşı nəticə əldə etmək niyyətindədirlər. Yenilənmiş heyətlə meydanda olacaq qərb klubu gələn mövsüm Premyer Liqaya yüksəlməyi hədəfləyir. Gəncə şəhər stadionunda baş tutacaq oyuna Qurban Bayramı münasibətilə giriş pulsuz olacaq. Qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.

Orxan Cəfərzadə