• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 22.08.2018 15:44

Qurban bayramı qərb bölgəsində böyük coşqu ilə qeyd olunub

KepezTV Player

Müqəddəs Qurban bayramı münasibətlə Şəmkir rayonunda xeyli sayda qurbanlıq heyvanlar kəsilib. Bayram tədbirində çıxış edənlər xoş arzu və diləklərini çatdırıblar. Aztəminatlı və imtiyazlı şəxslərə, eləcə də Milli Qəhrəman və şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərə ümumilikdə 10 tona yaxın ət paylanılıb. Rayon ərazisində yerləşən hərbi hissələrə də qurbanlıq heyvanlar göndərilib, əsgərlər üçün bayram süfrəsi açılıb. 2000-ə yaxın ailəyə qurban payı ilə yanaşı, ərzaq sovqatı da paylanılıb.

Qurban bayramı münasibətilə Goranboy rayonunda 14 iribuynuzlu və 220 xırdabuynuzlu heyvan kəsilib. Rayon Baytarlıq İdarəsi həkimlərinin nəzarəti altında aparılan kəsim baytarlıq-sanitariya normalarına uyğun şəkildə aparılıb. Tədarük olunan ətlər rayon üzrə 5481 aztəminatlı ailəyə paylanılıb. N saylı hərbi hissədə xidmət edən əsgərlər də bayram günlərində unudulmayıb.

Samuxda da Qurban bayramı bütün kənd və qəsəbələrdə qeyd olunub. Rayon mərkəzində təşkil olunan bayram tədbirində çıxış edənlər milli-mənəvi, dini dəyərlərimizin qorunmasında həyata keçirilən dövlət proqramlarının önəmindən danışıblar. Qurban bayramı münasibəti ilə Samuxda 300-ə yaxın iri və xırdabuynuzlu heyvan kəsilib. Qurban əti Qarabağ əlilləri, şəhid ailələri, imkansız və kimsəsizlərə paylanılıb. Ümumilikdə 1000-ə yaxın imtiyazlı ailəyə qurban payı çatdırılıb. N saylı həbi hissədə xidmət edən əsgərlərə də bayram payı göndərilib. Samux Rayon İcra Hakimiyyətində Qarabağ əlilləri və şəhid ailələri ilə görüşdə onların qayğı və problemləri dinlənilib. Bu qəbildən olan 100-dən çox ailəyə bayram münasibətilə qurban payı ilə yanaşı, ərzaq da paylanılıb