• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 22.08.2018 14:07

Beyləqanda yanğın olub

Allahyarlı kəndində ümumi sahəsi 228 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin tavanı 45 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Füzulidə də anoloji hal yaşanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qarabulaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb. Hadisənin hansı səbəbdən meydana gəldiyi araşdırılır.