• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 21.08.2018 14:06

Gəncə dəmiryol vağzalı Qurban bayramı münasibətilə gücləndirilmiş iş rejiminə keçib

KepezTV Player

Tədbirlər planına əsasən, dəmiryolçular avqustun 24-nə kimi bu qayda ilə faəliyyət göstərəcəklər. Bayram günlərində yarana biləcək sıxlığın qarşısını almaq və sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatarlara əlavə vaqonlar qoşulur. Sərnişinlər biletləri həm kassalardan, həm də onlayn şəkildə əldə edə bilərlər. Bilet satışı qatarlara 10 gün qabaqcadan, əlavə vaqonlara isə vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Mikayıl Nəcəfov - Gəncə dəmiryol vağzalının xəzinədarı: 37 nömrəli qatarımızda əlavə vaqon qoşulur. Böyük kəsik saat 23:25-də çıxan qatarlarımıza əlavə plaskat olunur. Heç bir narazılıqda yoxdur. Hər birinə də 1, 2 və 3 vaqon qoşulur.

Füzuli Heydərov - sərnişin: Gəlmişdim bilet almağa. Yaxınlaşdım kassaya bileti soruşdum dedilər var. Məndə kupayə aldım. Axşam Bakıya gedəcəm.

 

Elnur Vahidoğlu