• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 21.08.2018 14:09

Gəncədə qurbanlıq heyvanların satışına icazə verilən yerlər dezinfeksiya edilib

KepezTV Player

Qurban bayramı ilə əlaqədar Gəncədə qurbanlıq heyvanların satışına icazə verilən yerlər dezinfeksiya edilib. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib. Kimyəvi məhlullar əraziyə xüsusi maşınlarıla güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib. Qurban bayramı ilə əlaqədar Gəncədə təyin olunan satış məntəqələrində 300-dən artıq xırdabuynuzlu heyvan baytarlıq-sanitariya normalarına uyğun alcılara təklif olunacaq. 

Xəyal Zeynalabdinov - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: Məqsəd ondan ibarətdir ki, zouloz infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasıdır. Satış üçün nəzərdə tutulan əraziyə baxış keçirilibdir normaldır. Satış yarmarkası bitdikdən sonrada yenidən tərəfimizdən mexaniki dezinfeksiya işləri aparılacaqdır.

 

Xaliq Qurbanlı