• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 21.08.2018 14:08

Gəncədə keçirilən futbol üzrə “Sevinc Kuboku” başa çatıb

KepezTV Player

İki həftədən çox davam edən birincilikdə 13 komanda iştirak edib. Dairəvi sistemlə keçirilən yarışda 2007-2008 və 2009-cu il təvəllüdlü yeniyetmələr qüvvəsini sınayıb. Şəhərin müxtəlif idman məktəblərini təmsil edən komandalar əvvəlcə 2 yarımqrupda mübarizəyə başlayıb. Bu mərhələdə fərqlənənlər yarımfinalda, ən güclülər isə finalda yarışıb.

Vüqar Xəlilov - Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri: Turnirin sonunda mükafatlandırma mərasimi keçirilib. Təltifetmədə qızıl və gümüş medalçılarla yanaşı, 3-cü və 4-cü yerin sahibləri də mükafatlandırılıblar. Yarışın yekunlarına əsasən finalda “Kəpəz”i məğlub edən “Azəri” “Sevinc Kuboku”nun qalibi adını qazanıb. Yer tutan komandalara medal, diplom və həvəsləndirici hədiyyələr təqdim olunub. Bundan başqa, ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyalarında da qaliblər təltif edilib.

 

Orxan Cəfərzadə