• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 21.08.2018 13:08

Tövlədə yanğın oldu

KepezTV Player

Lənkəranda yanğın olub. Alov Moğonojoba kəndində ümumi sahəsi 65 m2 olan tövlədə meydana gəlib. Dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə və tövlənin damına yığılmış 1,8 ton ot bağlamasının 800 kq-ı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.